Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevə
Cənab general!
Sizi doğum gününüz münasibəti ilə təbrik edir, cansağlığı, fəaliyyətinizdə uğurlar diləyirəm.
Siz Azərbaycanın ərazi bütövlüyü uğrunda böyük şücaətlər göstərmisiniz.
I Qarabağ savaşının, Aprel döyüşlərinin və Vətən müharibəsinin hərbi rəhbərlərindən biri kimi Azərbaycan xalqının ümid yeri olmusunuz. Cəbrayıl rayonunun və Şuşa şəhərinin azad olunması zamanı göstərdiyiniz şücaət isə tarixlərə yazılacaq qəhrəmanlıqdır.