Bu gün Azərbaycan nəsr ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-publisist Sabir Əhmədlinin doğum günüdür.
Sabir Əhmədli yaradıcılığı əsasən vətəndaşlıq hissinin ali məqsədindən doğan mövzulara həsr olunub, əsərlərində bu məsələyə geniş yer verilib. Yazıçının publisistik yazıları əsasən xalqın tarixi yaddaşına söykənən, ictimai-ədəbi mühitdə böyük rezonans yaradan faktlarla zəngin olub, maraqla qarşılanıb.
"Tuğana", "Yasamal gölündə qayıqlar üzür", "Dünyanın arşını", "Gedənlərin qayıtmağı", "Şəhid ruhu", "Kütlə", "Axirət sevdası", "Yanvar hekayələri" və işıq üzü görən daha neçə kitabı ictimaiyyətin rəğbət və sevgini qazanıb.
Xalqın taleyinə, ağrısına xüsusi həssaslıqla yanaşan S.Əhmədli fədakar vətəndaş, dəyərli ziyalılardandır.
Azərbaycan Yüksəliş Partiyası ustad yazar-publisist, ictimai xadim Sabir Əhmədlinin xatirəsini dərin sevgi və sayğı ilə yad edir.