AY Partiya tərəfindən təsis edilən Məhəmməd Əmin Rəsulzadə mükafatı laureatlara təqdim edilib.
Partiyanın 28 May - Müstəqillik Günü ilə əlaqədar keçirdiyi elmi-bədii tədbirdə elan edilən mükafat 7 tanınmış şəxsə verilib.
Mükafata layiq görülən şəxslərdən dördü dünyasını dəyişmiş görkəmli alim və ictimai-siyasi şəxslər olub.
Ölümündən sonra mükafata layiq görülənlər - Azərbaycandan professor Şirməmməd Hüseynov və professor Aydın Balayev, Türkiyədən isə tanınmış ictimai-siyasi şəxslər Sadi Somuncuoğlu və Feyzi Aküzüm olub.
Mükafata layiq görülən digər şəxslər isə Azərbaycandan görkəmli tarixçi alim, professor Nəsib Nəsibli, Cənubi Azərbaycandan siyasi-ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti irsinin təbliğatçısı Hasan Raşidiyə, Türkiyədən isə Azərbaycan Kültür Mərkəzinin rəhbəri, içtimai-siyasi xadim Cəmil Ünal olub.
Məlumat üçün bildirək ki, Məhəməd Əmin Rəsulzadə mükafatı hər il Müstəqillik Günündə Azərbaycan Xalq Cümhuriyyətinin araşdırılması, təbliği və yaşadılmasında xidmət göstərən şəxslərə təqdim olunacaq.
Mükafatçıların müəyyən edilməsi üçün AY Partiya başqanı Anar Əsədlinin sərəncamı ilə Mükafatın Əsasnaməsi, Nizamnaməsi və Meyarları təsdiq olunub.