Sizi doğum gününüz münasibətilə təbrik edir, cansağlığı, fəaliyyətinizdə uğurlar diləyirəm.
Azərbaycan mediasının uğurlu imzalarından, istedadlı qələm sahiblərindən biri kimi tanınırsınız. İllərdir, istər mətbuat, istər QHT sahəsində xeyli uğurlu layihələrə imza atmısınız. Sahibi olduğunuz “Yeni çağ” Media Qrupu yarandıqdan qısa müddət sonra populyarlaşıb, ölkənin və bölgənin ən çox izlənən xəbər mənbəyinə çevrilib. Ciddi təhdid və təzyiqlərə məruz qalmağınıza baxmayaraq, “Gülən” terror təşkilatı ilə bağlı araşdırmalarınız, bu istiqamətdə apardığınız mübarizə təqdirəlayiqdir.
Siz həm də illərin sınağından çıxmış etibarlı dostsunuz.
Sizi bir daha təbrik edir, işlərinizdə uğurlar arzulayır, “Yeni çağı”ın təkcə Azərbaycanda yox, Qafqazda, Türk Dünyasında ən çox izlənilənilən saytlarından biri olmasını diləyirəm.