Bu gün görkəmli düşüncə adamı, şair, yazıçı, publisist və dövlət adamı, “Türkçülüyün Əsasları” əsərinin müəllifi Ziya Göyalpın anım günüdür.
İlk və orta təhsilini dünyaya göz açdığı qədim Türk yurdu Diyarbəkirdə alan Göyalp gənc yaşlarından ictimai-siyasi proseslərdə iştrak edib. Gizli təşkilat qurmaq, icazəsiz toplantılarda iştirak etmək, qadağan olunuş ədəbiyyat oxumaq kimi ittihamlarla bir müddət məhbus həyatı yaşayıb.
Buna baxmayaraq, yaradıcılığının və fəaliyyətinin davam etməsi üçün yolundan dönməyib.
Yaradıcılığının ilk illəri əsasən, ədəbiyyat sahəsində olub. Bu illər ərzində müxtəlif dərgilərdə şeirləi və məqalələri dərc edilib. 1914-cü ildə nəşr etdirdiyi kitabının adı “Qızıl Alma”, kitabın ilk şeirinin adı isə “Turan” idi.
Göyalp sosiologiya və ideologiya sahəsində 1918-ci ildə qələmə aldığı “Türkləşmək. İslamlaşmaq, Müasirləşmək” əsəri ilə tanınır.
Türkçü və milliyətçi fəaliyyətindən dolayı 1919-cu ildə işğal qüvvələri tərəfindən Malta adasına sürgünə göndərilir, 1921-ci ildə geri qayıdır və fəaliyyətinə eyni şövqlə davam edir. Bu fəaliyyətinin ən uca zirvəsi 1923-cü ildə yazdığı “Türkçülüyün Əsasları” kitabıdır. Bu əsərdən dolayı Ziya Göyalpa “Türkçülüyün fikir atası” deyənlər də var.
AY Partiya rəhbərliyi və üzvləri olaraq Ziya Göyalpın əziz xatirəsini ehtiramla yad edir və onun qələminə aid hər bir Türkçünün yoluna işıq tutan misrasını qürurla təkrar edirik:
Vətən nə Türkiyədir Türklərə, nə Türküstan,
Vətən, böyük və müəbbət bir ölkədir: TURAN!