Azərbaycan Yüksəliş Partiyasının
Başqanlıq Heyətinin
ƏSASNAMƏSİ
1. Başqanlıq Heyəti (BH) partiyanın Məramnamə və Nizamnamə maddələrindən irəli gələn gündəlik məsələlərin və Baş Məclisin qərarlarının icraatına cavabdeh əsas icraedici orqanıdır.
2. BH-nin tərkibi partiyanın Başqanı, onun birinci müavini, müavinləri və müşavirlərindən ibarətdir.
3. BH tərkibinin bir hissəsi (Başqanın birinci müavini və müavinləri) Baş Məclisdə təsdiq olunur, digər hissəsi (Başqanın müşavirləri) AY Partiya Başqanı tərəfindən təyin edilirlər.
4. BH-nin say tərkibini partiyanın Başqanı müəyyənləşdirir.
5. BH-yə partiyanın Başqanı rəhbərlik edir.
6. Başqanlıq Heyəti:
6.1. iclaslarını həftədə bir dəfədən gec olmayaraq keçirir;
6.2. Partiya başqanının rəhbərliyi ilə vəzifələrini həyata keçirmək üçün müxtəlif sahələr üzrə konkret təkliflər, layihələr, konsepsiyalar təklif edir;
6.3. yeni şəhər, rayon təşkilatlarının yaradılması ilə bağlı qərarları qəbul edir.
7. BH-nin səlahiyyət müddəti növbəti qurultaya qədərdir.
8. BH-nin gələn, çıxan, qəbul edilən və digər sənədlərin adına uyğun qovluqları olur.
9. BH-dan çıxan bütün sənədlərin bir nüsxəsi BH arxivində saxlanılır. Arxiv AY Partiyanın mərkəzi mənzil-qərargahında saxlanılır.
10. BH-nın bütün iclasları mütləq protokollaşdırılır. Protokollara iclasın sədri imza atır.
11. İcra Aparatının say tərkibini, strukturunu və Əsasnaməsini təsdiq edir.
12. İcra Aparatının günlük fəaliyyətinə Başqanın birinci müavini rəhbərlik edir.
13. BH iclaslarını AY Partiya Başqanı, o olmadıqda Başqanın birinci müavini və ya Başqanın tapşırığına əsasən müavinlərindən biri aparır.
14. BH-yə daxil olan şikayətlərə, sorğulara və digər müraciətlərə ancaq yazılı formada olarsa ən gec iki həftə ərzində baxılır və ancaq yazılı formada verilən cavablar hüquqi statusa sahibdir.