Azərbaycan Yüksəliş Partiyasının
Siyasi Heyətinin
ƏSASNAMƏSİ
1. Siyasi Heyət məclislərarası dövrdə partiyanın məşvərətçi kollegial orqanıdır.
2. Siyasi Heyət Baş Məclisin sesiyaları arasındakı dövrdə partiyanın bütün fəaliyyət istiqamətləri üzrə tövsiyələr verə bilər.
3. Siyasi Heyət AY Partiya Baş Məclisinin qurultaydan sonrakı ilk iclasında formalaşdırılır. Partiyanın Başqanı və Başqanlıq Heyətinin bütün üzvləri, Baş Məclisin sədri və müavinləri tutduqları vəzifələrə görə Siyasi Heyətin təbii üzvləri olaraq daxil edilirlər. Siyasi Heyətin digər üzvləri Baş Məclis tərəfindən partiya üzvləri sırasından seçilir.
4. Siyasi Heyətin say tərkibini Baş Məclis müəyyənləşdirir.
5. Siyasi Heyətə partiyanın Başqanı rəhbərlik edir.
6. Siyasi Heyət:
6.1. öz tərkibindən katibini seçir;
6.2. iclaslarını həftədə bir dəfədən gec olmayaraq keçirir;
6.3. partiyanın Nizamnamə və Məramnaməsinin tələblərini, qurultayın müəyyən etdiyi vəzifələri həyata keçirmək, Baş Məclisin qərarlarını reallaşdırmaq istiqamətində konkret tövsiyələr və təkliflərlə çıxış edir;
6.4. fəaliyyətini Baş Məclisdə təsdiq olunan bu Əsasnamə ilə tənzimləyir.
6.5. öz Reqlamentini qəbul edir;
6.6. Baş Məclis qarşısında öz işi barəsində hesabat verir.
7. Siyasi Heyətinin (SH) səlahiyyət müddəti növbəti qurultaya qədərdir.
8. SH-nin iclasları hər zaman qapalı keçirilir.
9. İclasın tarixi, vaxtı və yeri haqqında məlumat SH üzvlərinə ən az bir gün əvvəldən SH-nin katibi tərəfindən xəbər verilməlidir.
10. SH iclaslarını AY Partiya Başqanı, o olmadıqda Baş Məclisin sədri və ya Başqanın birinci müavini aparır.
11. SH üzvlərinin yarıdan çoxu iştirak etdikdə iclas səlahiyyətli sayılır.
12. SH-snın qərarları iclasda iştirak edən üzvlərin adi səs çoxluğu ilə qəbul edilir.
13. SH iclaslarında bütün məsələlər üzrə səsvermə açıq keçirilir.
14. SH-nın bütün iclasları mütləq protokollaşdırılır. Protokollara iclasın sədri və katibi imza atır.
15. SH-nin protokollarının saxlanıldığı əsas qovluğu olur. Bu qovluq SH-nin arxivində, arxiv isə AY Partiyanın mərkəzi mənzil-qərargahında saxlanılır.