Azərbaycan Xalq Cümhuriyyətinin təməl prinsiplərini və Milli Dəyərləri əsas götürən Açıq Cəmiyyət formalaşdırmaq;
Quzey və Güney Azərbaycanın birləşməsinə, hədəflərimizin və addımlarımızın sinxronizasiyasına nail olmaq;
Dövlətin inkişaf tarixi ilə vətəndaşının yüksəliş hekayəsini paralel yazmaq;
Ölkədə sağlam ictimai-siyasi və hüquqi mühit yarada, Azadlığımıza və Müstəqilliyimizə təhlükə yaradan daxili və xarici faktorlarla mübarizə apara bilən Milli Kadrlar yetişdirmək və onları Milli Qüvvəyə çevirmək;
Azərbaycan siyasətinə yeni nəfəs gətirmək, siyasəti Azərbaycan insanının həyat tərzinə çevirmək;
Hər bir vətəndaşın insan hüquq və azadlıqlarından faydalanmasına, cəmiyyətdə sosial sabitlik və ədalətin bərpasına nail olmaq.